Türk Evinə hücum edən şəxs axtarışa VERİLDİ
24 May 2023 19:06 DünyaABŞ-ın Nyu York şəhərində yerləşən Türk Evinə hücum edən şəxs axtarışa verilib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Nyu York şəhər Polis Departamentinin məlumatında bildirilib.
Hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu qeyd olunub.
Qeyd edək ki, mayın 22-də Nyu Yorkda Türkiyə Baş Konsulluğunun yerləşdiyi Türk Evinə hücum olub. Binanın şüşələri sındırılıb.
Türkiyədə prezident seçkisi üçün səsvermə məhz bu binada keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31