İranda baş verən qarşıdurmada 2 nəfər ölüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında baş verən qarşıdurmada iki nəfər ölüb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun Qüds Qərargahı Sistan-Bəlucistan əyalətində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Sistan-Bəlucistan əyalətində aşkarlanan terror qruplaşmasına qarşı təşkil edilən əməliyyatda 2 terrorçunun öldürüldüyü, 1 nəfər tutulduğu və çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilib. İranın "terror təşkilatı" hesab etdiyi "Ceyş əl-Adl" Sistan-Bəlucistan əyalətində "sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini" iddia edərək, Tehran hökumətinə qarşı silahlı mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31