Avdeyevka, Maryinkada vəziyyət nəzarət altındadır - ÖZƏL

"Rusiya qüvvələri Donetsk Xalq Respublikasının (DXR) Avdeyevka və Maryinka yaşayış məntəqələri yaxınlığında cəbhə xəttində vəziyyətə nəzarət edir və Ukrayna ordusunun bu ərazilərə hücumları dəf edilib".

Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib.
"Avdeyevka və Maryinka ilə bağlı xüsusi narahatlığım yoxdur, çünki burada 1-ci ordu korpusunun döyüş təcrübəsi olan uşaqlar yerləşdirilib" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31