Rusiya Ukraynanın istənilən terror aktını sərt şəkildə yatıracaq - ÖZƏL

"Rusiya tərəfi Belqorod vilayətində ukraynalı təxribatçıların işində olduğu kimi istənilən terror aktını sərt şəkildə yatırmağa davam edəcək".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. "Əlbəttə, heç kim Artyomovskdakı qələbəyə kölgə sala bilməz. Mayın 22-də təxribatçıların Belqorod vilayətinə hücumu Kiyev rejiminin NATO idarəçilərinə Ukrayna hərbçilərinin hansısa yüksək döyüş qabiliyyəti və s. haqqında yanlış təsəvvür yaratmaq məqsədi daşıyırdı. Bu, uğursuz oldu. Bütün bu cür terror aktları gələcəkdə də sərt şəkildə yatırılmağa davam edəcək" - diplomat, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31