Netflix şirfrəsini başqasına verənlərdən əlavə ödəniş tələb edəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Netflix, Böyük Britaniya və ABŞ da daxil olmaqla, böyük bazarlarda parol paylaşma ilə bağlı uzun müddətdir vəd etdiyi mübarizəyə başladı. ABŞ-dakı istifadəçilərin ayda 8 dollara öz hesab məlumatlarını başqaları ilə paylaşa biləcəklərini açıqladı.
Hesab paylaşma təzyiqini ABŞ-a daşımağa hazırlaşan Netflix şirkəti, parol paylaşan ABŞ müştəriləri üçün yaratdığı yeni ödəniş cədvəlini açıqladı.

Buna görə Netflix, istifadəçilərin ayda əlavə 8 dollara hesab məlumatlarını paylaşa biləcəklərini açıqladı.

Böyük Britaniyada bu ödəniş 5 funt sterlinq olaraq müəyyən edilib. Digər tərəfdən, bu seçimlərin yalnız standart və premium plandan istifadə edən müştərilərə verildiyi bildirilib.

Şirkət, ABŞ və Kanadada 30 milyon istifadəçi də daxil olmaqla, dünya üzrə cəmi 100 milyon ailənin Netflix hesabından istifadə etdiyini açıqladı.

Latın Amerikasında başlayan parol mübadiləsi üçün təkan Netflix-in istifadəçilərdən daha çox gəlir əldə etmək strategiyasının mühüm hissəsi kimi şərh edilib.

İspaniyada isə bu strategiya əks nəticə verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31