Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq
24 May 2023 12:25 DünyaTürkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq.
Olaylar.az Milli.Az-a xəbər verir ki, bu barədə "Rəsmi Qəzet"də məlumat dərc olunub.
Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.
Pandemiya dövründə çıxarılan cəzaların bərpası üçün Konstitusiya Məhkəməsinə edilən müraciətin nəticəsi olaraq, bu gün "Rəsmi Qəzet"də dərc olunan qərarla ödənilən cərimələrin geri qaytarılması mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31