"Süni intellekt Google və Amazon kimi şirkətlərin sonu ola bilər"- ÖZƏL

Olaylar.az xəbər verir ki,San-Fransiskoda süni intellekt mövzusunda keçirilən konfransda çıxış edən Microsoft-un qurucusu Bill Qeyts bu texnologiyanın Google və Amazon kimi şirkətlərin sonunu gətirə biləcəyini bildirib. Qeyts, insanlar üçün bəzi vəzifələri yerinə yetirə biləcək fərdi rəqəmsal köməkçi hazırlayacaq şirkətin süni intellekt yarışında qalib gələcəyini iddia edib. Milyarder iş adamı bildirib ki, bu texnologiya istifadəçilərin davranışını kökündən dəyişə bilər. Qeyts iddia etdi ki, süni intellekt köməkçisi istifadəçilərin ehtiyaclarını və vərdişlərini anlaya biləcək və onlara oxumağa vaxtı olmayan şeyləri öyrənməyə imkan verəcək. Texnologiya milyarderi süni intellekt yarışında nəhəng şirkətlərin, həmçinin, vençur şirkətlərinin də qalib gələ biləcəyini vurğulayıb. Rəqəmsal köməkçinin hər kəs üçün əlçatan olmasının bir qədər vaxt alacağını qeyd edən Qeyts, bu vaxt şirkətlərin ChatGPT kimi proqramları öz məhsullarına uyğunlaşdırmağa davam edəcəklərini qeyd edib. Dünyanın ən zənginlərindən biri olan Qeyts, yaxşı mətnlər yaradan süni intellekt texnologiyasının ağ yaxalılara təsir edə biləcəyini müdafiə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31