Sloveniya Qolodomoru soyqırım kimi TANIDI

Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

"Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram", - Ukrayna Ali Radasının sədri vurğulayıb.

Stefançuk əlavə edib ki, bəşəriyyət bu dəhşəti bilməli və xatırlamalıdır ki, gələcəkdə bir daha təkrarlanmasın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31