"Seçkidən sonra biz ilk olaraq iki ölkəyə səfər edirik"
23 May 2023 23:28 DünyaPrezident seçkilərinin 28 mayda keçirilən ikinci turunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, seçkidən sonra səfər edəcəyi ilk ölkə Azərbaycan olacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
"Bunu soruşmağa ehtiyac varmı? Həmişə necə olur? Seçkidən sonra biz ilk olaraq iki ölkəyə səfər edirik - Azərbaycana və Quzey Kıprısa", - Çavuşoğlu medianın sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Ərdoğan və "Altılı masa"nın namizədi Kılıçdaroğlu mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31