"Baxmutun bir hissəsi hələ də atəşimiz altındadır” - ETİRAF

Ukraynalı hərbçilər hələ də Donetsk vilayətinin Baxmut şəhərinin müəyyən hissəsinə nəzarət edirlər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

"Əgər onlar (ruslar - red.) Baxmutu aldıqlarını hesab edirlərsə, deyə bilərəm ki, bu, belə deyil. Bu gün Baxmutun bir hissəsi bizim nəzarətimizdədir. Hamısını deyə bilmərəm, amma Baxmutun bir hissəsi hələ də atəşimiz altındadır", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31