22 yaşlı gəncin protez dişi ağ ciyərinə batdı - FOTO
23 May 2023 13:12 DünyaAmerika Birləşmiş Ştatlarında 22 yaşlı gəncin taxma dişi ciyərinə batıb.
Olaylar.az xəbər verir ki, Uiskonsin əyalətində yaşayan gənc epilepsiya (beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalması) keçirən zaman gümüşdən olan pratezini udub.
Bundan sonra o, şiddətli öskürək və ciyərlərində xışıltı olması səbəbilə həkimə aparılıb. Orqanları rentgenə salınan zaman ağ ciyərində 4 sm uzunluğunda taxma diş aşkar edilib.
Həkimlər gəncin ağ ciyərindəki protezi çıxarıblar. Müalicələr aparıldıqdan sonra isə o, xəstəxanadan evə buraxılıb.

BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31