30 illik işğaldan sonra Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq - Ərdoğan
23 May 2023 11:12 Dünya30 illik işğaldan sonra biz Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter hesabında qeyd edib.
"Ortaq tarixi, dili, inanc və mədəniyyəti paylaşdığımız bütün ölkələrlə yenidən qucaqlaşdıq.Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk Cümhuriyyətləri ilə əlaqələrimizi daha da gücləndirdik. Türkiyə çərkəzlər, tatarlar, qaqauzlar, türkmənlər, ahıskalılar, özbəklər və uyğurlar da daxil olmaq tarix boyunca dara düşən hər qardaşına dəstək olub. Türkiyə kimi bir vətənimiz, Türkiyə kimi bir yuvamız olduğu üçün Allaha nə qədər şükür etsək, azdır", - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31