Ukrayna Rusiyanı ərazisindən çıxmağa məcbur edəcək - ÖZƏL

"Ukrayna Rusiya qoşunlarına qarşı lokal əks-hücum əməliyyatlarını icra edir. Baxmutda Rusiya qüvvələrinə öldürücü zərbələr endirir. Ukrayna hərbi əməliyyatları Rusiya ərazisinə keçirib. Belqorod şəhərində uğurlu əməliyyatlar apararaq nailiyyətlər əldə edir. Baxmutu Rusiyaya buraxaraq​ Rusiyanın içərilərinə zərbələr endirir və uğurlu hərbi əməliyyatlarla Kremli pat vəziyyətə salıb". "olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ukrayna Rusiya ərazisinə hərbi əməliyyatları keçirməklə Rusiyanın müdafiə və hücum planlarının qarşısını alır. Bununla da Ukraynanın əks-hücumlarının effektli olmasını təmin edir. Ukrayna Rusiya ərazilərini zəbt etməklə Rusiyanı Ukrayna ərazisindən çıxmasına məcbur edəcək. Bu uğurlu hərbi əməliyyatlar Rusiyanın geniş ərazilərinin Ukrayna tərəfindən nəzarətə alınması ilə nəticələnə bilər: "Moskvanın müqavimət göstərmək və Ukrayna qoşunlarının irəliləyişini dayandırmaq üçün Ukrayna ərazisindən qoşunlarını çıxarmalıdır. Görünür, V. Zelenskinin Qərb səfərində Rusiyanın küncə sıxışdırması üçün hərbi əməliyyatlari Rusiya ərazisinə keçirilməsi məqbul bilinib. Bu hərbi əməliyyatlar müharibənin gedişatını Ukraynanın leyhinə dəyişəcək. Təbii ki, bu əməliyyatlar davamlı olacaqsa".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31