Məşhur rusiyalı aktyor axtarışa verildi: Həbs cəzasına məhkum ediləcək

Rusiya Daxili İşlər Nazirliyi məşhur rusiyalı teatr və kino aktyoru Aleksey Panini axtarışa verib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumat bazasında informasiya əks olunub.  

Aleksey Paninə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Terrorçuluğa bəraət qazandırılması" maddəsi ilə iş başlanılıb. Buna səbəb isə aktyorun 2022-ci ilin oktyabrında sosial şəbəkədə Krım körpüsündə baş verən partlayışla bağlı paylaşımı olub.

 
 

Panini 7 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, aktyor 2020-ci ildə İspaniyaya köçüb və orada yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31