Dünya silah bazarının əsas dominant ölkəsi - ÖZƏL

"Dünya silah bazarında əsas dominatlığı Birləşmiş Ştatlar edir. Onun ardınca isə Rusiya, Fransa, Çin, Birləşmiş Krallıq, İsrail kimi dövlətlər əsas pay sahibi hesab olunur". "OLAYLAR" xəbər verir ki. Bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, bu dövlətlərin hər biri hərbi imkanlarından yararlanaraq silah ixrac etdikləri ölkələr üzərində silah asılılığının verdiyi bir hakimiyyət qurmağa çalışırlar: "Təbii ki, bu hal heç bir dövlət üçün arzuolunan deyil. Həmin ölkələrdən fəqli olaraq Türkiyə bu tip yanaşma ilə hərəkət etmir və ikinci sinif ölkələr bu faktoru əsas gətirərək Türkiyəyə ümid yeri kimi baxırlar". AVP rəsmisi deyib ki, Türkiyənin hərbi məhsulları Ukrayna müharibəsindən tutmuş dünyanın bir çox yerində münaqişə zonalarında uğurla sınaqdan çıxarılır və istifadəçilər tərəfindən yüksək qiymətləndirilir: "Əldə olunan nailiyyətlər isə  özüylə bərabər geniş ixrac imkanları qazandırır ki, buda ölkənin iqtisadi inkişafına müsbət təsirini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31