Sinan Oğlan MHP sədri olacaq? - ÖZƏL

Gözlənildiyi kimi 14 may seçkilərində ATA İttifaqının namizədi kimi prezident seçkilərinə qatılan Sinan Oğan seçkilırin ikinci turunda Rəcəb Tayyib Ərdoğana dəstək verəcəyini bəyan etdi. Bir müddət əvvəl Oğanın Ərdoğana dəstək müqabilində irəli sürdüyü şərtlərin AKP və Türkiyə prezidenti tərəfindən qəbul edilmədiyini nəzərə alsaq, o zaman ortaya maraqlı bir sual çıxır. Bəs, Sinan Oğan nəyin müqabilində Ərdoğana dəstək verdi?

"OLAYLAR"-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi hesab edir ki, seçkidən sonra Sinan Oğana MHP -nin sədrlik postu həvalə ediləcək. Dövlət Baxçalı isə mühüm postlardan birinə rəhbərlik edə bilər:

"Bu siyasi baxımdan atılan düşünülmüş addımdır və bu addımlar gələcəkdə işlərin kontrolda saxlanılmasına dair hesablanmış qarantiya  hesab oluna bilər. Həqiqətən də Türkiyənin siyasi tablosuna diqqət yetirsək görərik ki, hökumət, siyasət adamları, partiyalar, seçim kurulu və hətta seçicilərin böyük hissəsi öz məsuliyyətini dərk edir və məhz bunun uğrunda mübarizə aparırlar. Bizə isə Türkiyə üçün xeyirli olsun demək qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31