Rusiya baş naziri ÇİNƏ SƏFƏR EDİB

Rusiya Baş naziri Mixail Mişustin Çinə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi məlumatında deyilir.

Bildirilib ki, ikigünlük səfər Şanxaydan başlayacaq. Burada baş nazirin Rusiya-Çin biznes forumunda çıxışı gözlənilir.

Növbəti gün isə Mişustin Pekində Çin dövlətinin sədri Si Szinpin və Dövlət Şurasının baş naziri Li Çyanla görüşlər keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31