"Türk evinə hücumun səbəbkarlarının tezliklə müəyyənləşdirilməsini gözləyirik"
22 May 2023 20:32 DünyaABŞ-dan Nyu-Yorkdakı Türk evinə hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini gözləyirik.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, Nyu-Yorkdakı Türk evinə mənfurcasına hücum nəticəsində birinci mərtəbənin pəncərələrinin şüşələri sınıb.
"Biz ABŞ-dan hücumun səbəbkarlarını tezliklə müəyyənləşdirməsini və ev sahibi ölkə kimi diplomatik nümayəndəliklərimizə lazımi müdafiəni təmin etməsini gözləyirik", - deyə M. Çavuşoğlu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31