Qlobal Güneyin səsini təmsil etmək üçün BMT Təhlükəsizlik Şurasının islahatı lazımdır - ÖZƏL

"Qlobal cənubun səsinin BMT Təhlükəsizlik Şurasında eşidilməsi üçün BMT-də islahatlar Hind-Sakit okean dövlətləri üçün prioritet məsələyə çevrilməlidir".

Olaylar.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.
Baş nazir həmçinin bildirib ki, o, qlobal cənubu, o cümlədən Sakit okean ada dövlətlərini G20 kimi beynəlxalq qurumlarda təmsil etmək niyyətindədir.
Modinin sözlərinə görə, Hindistan qlobal Cənubun narahatlığını G20 vasitəsilə dünyaya çatdırmağı öz vəzifəsi hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31