Rusiyanın Su-35 təyyarəsi ərazi sularına düşüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Baş Qərargahı ötən gün Rusiyanın Su-35 təyyarəsinin ölkənin Xerson vilayətinin ərazi sularına düşdüyü barədə məlumat yayıb. Prezidentliyin sosial media hesabından edilən açıqlamaya görə, Rusiya dünən axşam saatlarında Ukraynanın Dnepr şəhərindəki hərbi və infrastruktur obyektlərinə pilotsuz uçuş aparatı (PUA) və raket hücumu həyata keçirib. Açıqlamada hücumların müxtəlif tipli 16 raket və 20 Şahid-136/131 PUA ilə həyata keçirildiyi, 4 qanadlı raket və PUA-nın hamısının məhv edildiyi bildirilib. Bəyanatda həmçinin deyilir: "Günün sonunda Rusiyaya məxsus Su-35 təyyarəsi Xerson bölgəsində Ukrayna ərazi sularına düşüb. Təyyarə qəzasının səbəbləri araşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31