ABŞ-ın Krıma zərbələr endirməsinə razılıq verməsi sülhə maraq göstərmədiyini sübut edir - ÖZƏL
22 May 2023 11:49 Dünya"Vaşinqtonun Ukraynanın Krıma Qərb silahları ilə zərbə endirməsini təsdiqləməsi ABŞ-ın sülhdə maraqlı olmadığını göstərir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib. "Vaşinqton Ukrayna münaqişəsi ilə bağlı G7 üzvlərini tamamilə öz iradəsinə uyğunlaşdırıb. Üstəlik, o, iki mühüm məsələdə yanaşmalarını ciddi şəkildə sərtləşdirib. Mən F-16 təyyarələrinin Kiyev rejiminə təhvil verilməsini nəzərdə tuturam. Belə addımlar bir daha aydın göstərir ki, ABŞ heç vaxt sülhdə maraqlı olmayıb" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31