Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək - ÖZƏL

"Rusiyaya qarşı sanksiyalar daha da sərtləşəcək, siyahıya yeni şirkətlər və daha çox Rusiya vətəndaşının ismi və soyadı əlavə olunacaq".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Böyük Britaniya siyahını 86 Rusiya vətəndaşına qədər artırıb, Kanadanın siyahısında isə Rusiyanın 70 şəxsi və şirkəti yer alıb:

"ABŞ-ın siyahısında isə Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıq edən Ermənistan şirkətləri də var. "Atlas" Araşdırmalar Mərkəzinin ötən ay hazırladığı analitik hesabatda Vaşinqtonla Brüsselin Rusiyanın dövlət şirkətlərini sanksiyalardan qurtulmağa çalışan Ermənistanın dövlət şirkətlərin siyahısı dərc edilmişdi.  Bu Ermənistanla Rusiya arasında gizli sövləşmədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31