Böyük Britaniyadan Amozon meşələri üçün maliyyə dəstəyi- ÖZƏL
22 May 2023 11:50 DünyaOlaylar.az xəbər verir ki, Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva bəyan edib ki, Böyük Britaniya Amazon meşələrinin qorunması üçün 13 milyon funt sterlinqdən çox dəstək verəcək.
Guaviare inzibati bölgəsində İngiltərə xarici işlər naziri Ceyms Cleverly ilə görüşən Leyva həmkarı ilə dünyanın ən gözəl tropik ekosistemlərindən biri olan "Cerro Azul Təbiət Parkı"nı gəzib. Leyva, burada mətbuata verdiyi şərhdə, İngiltərənin Kolumbiyadakı Amazon meşələrinin bir hissəsi üçün 13 milyon sterlinqdən çox töhfə verəcəyini ifadə edib. Böyük Britaniya administrasiyasına göstərdiyi dəstəyə görə təşəkkür edən Leyva bildirib ki, meşəsalma layihələrinin maliyyələşdirilməsi hər kəsi sevindirən bir inkişafdır. Leyva Kolumbiyanın planetə zərər verən hər şeylə mübarizədə qərarlı olduğunu xatırladıb və İngiltərənin ölkəsinin ən mühüm müttəfiqlərindən biri olduğunu bildirib.