Kilsədə onlarla uşağa cinsi istismar- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransada əksəriyyəti uşaq olmaqla 30-a yaxın insana cinsi istismarda ittiham olunan keşiş Pierre Maillard barəsində hökm çıxarılıb. Fransız 20 Dəqiqə saytının xəbərinə görə, Saint-Pie X Priest Qardaşlığı ilə əlaqəsi olan Maillard, prokurorların tələbi ilə sabah Vandi Yüksək Cəza Məhkəməsində hakim qarşısına çıxacaq. İclaslar təqsirləndirilən şəxsin vəsatəti əsasında qapalı keçiriləcək. Maillard "11-i qız olan 30-a yaxın uşaq və yeniyetməni cinsi istismara məruz qoymaqda" ittiham olunacaq. Onun barəsində 2 cinayət şikayətinin mətbuatda əks olunması ilə fransız keşiş bir çox oxşar cinayət şikayətləri ilə üzləşib. Bundan sonra Maillard 2020-ci ildə Fransada saxlanılıb. Cinsi zorakılığa məruz qalanlar arasında eyni ailədən olan uşaqların da olduğu bildirilir. Oktyabrın 5-də Fransada yerləşən Kilsədə Cinsi İstismar üzrə Müstəqil Komissiyanın (CIASE) açıqladığı hesabatda 1950-ci ildən bu yana ölkədə 216 min uşağın kilsələrdə cinsi istismara məruz qaldığı bildirilib.

Yeparxiya uşaqların cinsi istismarı hallarında sui-istifadənin kilsədə sistematik bir hadisə olduğunu qəbul etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31