ABŞ və Ukrayna prezidentləri danışıqlar aparacaqlar

ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Vladimir Zelenski mayın 21-də Xiroşimada (Yaponiya) danışıqlar aparacaqlar. Həmin şəhərdə "G7" ölkələrinin Zirvə görüşü keçirilir.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin iş cədvəlində qeyd olunub.

"Saat 14:15-də Prezident [Bayden] Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşdə iştirak edir", - deyə mətndə bildrilib.

Danışıqların "Grand Prince Hiroshima" oteiində aparılacağını qeyd edilib. Danışıqlardan əvvəl protokol çəkilişlərinin aparılması gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31