"Rusiyaya qarşı yeni sanksiyalar paketinə 90-dan çox şirkətin daxil ediləcək"

Avropa İttifaqı Rusiyaya qarşı artıq qüvvədə olan məhdudiyyətlərdən yanınma ilə mübarizə çərçivəsində Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketinə dünyanın müxtəlif ölkələrindən 90-dan çox şirkəti daxil edəcək.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "ZDF" televiziya şirkətinə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.

Eyni zamanda, AK rəhbəri bildirib ki, tədbirlər Çində yerləşən səkkiz şirkətə şamil olunacaq.

"Financial Times" nəşri mənbələrə istinadən xəbər verib ki, yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində Brüssel ilk dəfə olaraq Rusiya Federasiyasına silahlanmada istifadə oluna bilən malların satışı ilə əlaqədar yeddi Çin şirkətinə sanksiya tətbiq etməyi təklif edib.

Çin şirkətləri ilə yanaşı, eyni səbəblərdən İran, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri və Suriya şirkətlərinə də sanksiya tətbiq edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31