G7 liderləri Çinlə mübarizə aparacaqlarını bəyan ediblər

G7 liderləri Çinin qeyri-bazar təcrübələri ilə mübarizə aparacaqlarını bəyan ediblər.

Olaylar.az Azpost.info-ya istinadən bildirir ki, bu barədə G7 liderləri imzaladıqları birgə bəyanatda açıqlanıb. Bəyanatda deyilir ki, G7 liderləri qeyri-qanuni texnologiya transferi və ya məlumatların açıqlanması da daxil olmaqla, Çinin qlobal iqtisadiyyatı təhrif edən qeyri-bazar təcrübələrinə qarşı mübarizəni davam etdirəcəklərini açıqlayıblar.

Sənəddə həmçinin deyilir ki, G7 ölkələri "iqtisadi məcburiyyət qarşısında dayanıqlılığı artırmaq" niyyətindədir.

Siyasətçilər həmçinin G7 dövlətlərinin milli təhlükəsizliyini təhdid etmək üçün istifadə oluna biləcək bir sıra qabaqcıl texnologiyaların qorunmasının zəruriliyini də etiraf ediblər.

Yaponiya bu il G7-nin Xirosimada keçirilən sammitinə sədrlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31