Gürcüstanın milli aviadaşıyıcısı Rusiyaya uçuşlara başlayır

Gürcüstanın milli aviadaşıyıcısı Georgian Airways ölkənin paytaxtı Tbilisidən Moskvaya uçuşlara başlayıb.

Olaylar.az xəbər verir ki, aviadaşıyıcı həftədə yeddi uçuş həyata keçirəcək.

Qeyd edək ki, Georgian Airways uzun fasilədən sonra iki ölkə arasında uçuş əməliyyatlarına başlayan ikinci aviaşirkətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31