Ərdoğanla Sinan Oğan arasında görüş başlayıb - YENİLƏNİB

18:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla "ATA İttifaqı"nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başlayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, görüş İstanbulda Dolmabağçadakı iş ofisində keçirilir.

-------

18:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğanı bu gün qəbul edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan prezident seçkilərinin ikinci turunda Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini bildirib.

Xatırladaq ki, Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda dəstəkləyəcəyi namizəddən bir sıra şərtlər tələb edib.

Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31