İspaniyada meşə yanğınları davam edir: 700 nəfər təxliyə edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, İspanyachr("39")nın batısındaki Caceres kentinin kuzeyindeki Las Hurdes ve Sierra de Gata dağlık bölgelerinde iki gündür devam eden orman yangınlarından dolayı 700chr("39")den fazla kişinin tahliye edildiği duyuruldu. İspaniya Daxili İşlər Nazirliyinin verdiyi məlumatda meşə yanğınının 2 min 500 hektar ərazini əhatə etdiyi bildirilib. Hələlik nəzarət altına alına bilməyən yanğın yaxınlıqdakı 3 yaşayış məntəqəsini təhdid edib və 700-dən çox insan ehtiyat tədbiri olaraq evlərindən təxliyə edilib. Onların bir qisminin Kaseresin Moraleja rayonundakı idman salonlarına yerləşdirildiyi, bəzilərinin isə yaxınları tərəfindən qonaq edildiyi qeyd edilib. Digər tərəfdən yanğınsöndürmə işlərində 165-i əsgər, 265-i yanğınsöndürən olmaqla 500-ə yaxın adamın iştirak etdiyi, 14 təyyarə və helikopterin də yanğına dəstək verdiyi açıqlanıb. İsti hava və küləyin təsiri ilə yayılan və 2-ci dərəcəli təhlükə siqnalı verilən yanğınla əlaqədar bəzi yolların hərəkətə bağlandığı açıqlanıb. 2022-ci ildə İspaniya meşə yanğınlarında tarixinin ən pis illərindən birini yaşadı və ümumilikdə 310 min hektardan çox ərazi yanıb. Bu ilin əvvəlindən başlayan meşə yanğınları səbəbindən mart ayından bəri 40 min hektardan çox ərazi külə dönüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31