Kılıçdaroğlu bundan əvvəl bizə qarşı 15 seçkidə iştirak edib, hər birində uduzub - Ərdoğan
19 May 2023 15:18 DünyaSeçkilərin ikinci turunda qalib gələcəyimizdən əminəm.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN International kanalına açıqlamasında bildirib.
"Hazırda rəqibim olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu bundan əvvəl bizə qarşı 15 seçkidə iştirak edib, hər birində uduzub. Türk millətinin yenidən demokratik prinsiplərdən çıxış edəcəyinə əminəm", - deyə prezident Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.