Portağalın Azərbaycandan üzr istəməsi TƏLƏB OLUNDU

Türkiyə iqtidarına və Azərbaycana qarşı həqarət və böhtan dolu çıxışları ilə tanınan jurnalist Fateh Portağala qarşı cəmiyyətdə narazılıq artmaqdadır. Onun sosial media hesabında canlı yayımda Azərbaycanla bağlı dedikləri ölkədə kəskin reaksiya doğurub. Media və müxtəlif təşkilatları təmsil edən şəxslər onu ermənilərin təsiri altında anti-Azərbaycan fikirlər səsləndirdiyini xüsusi vurğulayırlar.

Türkiyənin dostu olan ölkə olmadığını dilə gətirən Portağal "Azərbaycan Türkiyəyə dost ola bilməz" deməsinə sərt reaksiya göstərənlər arasında  Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Fatih də var. O, Portağalın qərəzli açıqlamasına münasibət bildirərək "Azərbaycan əzizdir, Turandır. Azərbaycan türklərindən, Azərbaycandan üzr istəməlisən" deyib. Ünsal bəyan edib ki, Azərbaycan dostluğunu Atatürkün vaxtında da göstərib. "Bəlkə Azərbaycan sizin gözünüzdə dost deyil, amma türk millətinin gözündə Azərbaycan dostdan da artıqdır, qardaşdır. Rəsmi adı Azərbaycan Respublikasıdır. İki qardaş dövlətin vətəndaşları da əsl qardaşdırlar", deyə Ünsal bəyan edib.

 

"Fatih Portağal, siz ermənilərlə danışaraq Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa, qardaşları döyüşdürməyə çalışırsınız" deyib. "Unutmayın, bacara bilməyəcəksiniz. Bu qardaşlığın əsası 1918-ci ildə qoyulub. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova məktub yazaraq borc istəyir. Azərbaycan türklərindən topladığı yardımla Nərimanov dərhal 500 kq. qızıl göndərdi. Bu yardım dövlət büdcəsinə, qalanı isə döyüş sursat və silaha sərf edilib. Daha sonra Nərimanov Rusiyadan Ankaraya 10 milyon qızıl rubl göndərib. Bu yardımlarla müharibə edən ölkənin vəziyyətində nəzərəçarpacaq yaxşılaşma oldu. Nərimanov, Mustafa Kamal Paşanın məktubuna yazdığı cavab məktubunda "paşam, qardaş qardaşa borc verməz. Qardaş həmişə qardaşın əlindən tutar. Biz qardaşıq, hər zaman sizin əlinizi tutacağıq və tutmağa da davam edəcəyik" deyib. Azərbaycan türklərindən, Azərbaycandan üzr istəməlisən", - deyə Ünsal vurğulayıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31