Ukrayna Artyomovsk yaxınlığında ehtiyatlarını yenidən yerləşdirir - ÖZƏL

"Ukraynanın hərbi komandanlığı cəbhənin bu sektorunda ağır itkilər verdiyinə görə Artyomovsk və Çasov Yar yaxınlığında ehtiyat hissələrini operativ şəkildə yenidən yerləşdirir".

Olaylar.az xəbər verir ki, bunu Luqansk Xalq Respublikasının (LXR) xalq milisinin ehtiyatda olan polkovniki Andrey Maroçko bildirib.
"Artyomovsk və Çasov Yar yaxınlığında Ukrayna silahlı birləşmələrinin ayrı-ayrı ehtiyat qruplarının bərpa olunmaz və sanitar itkilərin ödənilməsi üçün ehtiyac olan yerə köçürüldüyü müşahidə edilib", - Maroçko bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31