Avropa İttifaqı Rusiyaya qarşı mübarizəni genişləndirir - ÖZƏL

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozep Borrel Rusiyaya qarşı mübarizənin tam gücüylə davamının tərəfdarıdır. Bu səbəbdən Borrel rusiyalı rəsmilərin ən çox tənqid olunduğu şəxslərdəndir. "OLAYLAR"-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ancaq Borrel yalnız Rusiya ilə kifayətlənmir: "O son çıxışlarının birində Avropa İttifaqı ölkələrini Çinlə mübarizəyə də səsləyib. Borrel Çinin dünyada artan gücündən narahatdır. Ona görə də avropalı baş diplomat Avropanın Rusiya ilə yanaşı Çinə qarşı da vahid strategiyasının hazırlanmasını dəstəkləyir. Borrel bütün bu fikirlərini "Financial Times" qəzetində yayımlanıb. Borrel ayrıca, mövzu ilə bağlı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib. Borrel həmin məktubda yazıb ki, Avropa İttifaqı ölkələri Çinlə bağlı ortaq strategiyanın hazırlanmasına çalışmalıdırlar".

Politoloqun sözlərinə görə, Avropa komissarı hesab edir ki, Ukrayna müharibəsi fonunda Çin bölgədə gücünü artırmağa çalışır və Pekinin siyasəti getdikcə aqressivləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31