İranda etiraz aksiyaları ilə bağlı daha 3 nəfər edam edilib- ÖZƏL
19 May 2023 11:28 DünyaOlaylar.az xəbər verir ki, İranda nümayişlər zamanı təhlükəsizlik qüvvələrini öldürməkdə ittiham olunan 3 nəfər edam edilib. İranda Məhsa Əmini nümayişləri zamanı İsfahan əyalətində 3 mühafizəçinin öldürülməsi hadisəsində "dövlətə qarşı müharibə aparmaq" cinayətində təqsirli bilinərək edam cəzasına məhkum edilən 3 müttəhim infaz edilib. İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin verdiyi məlumata görə, İsfahan şəhərinin Hane rayonunda təhlükəsizlik qüvvələrinə hücumun səbəbkarı olduqları iddiası ilə edam cəzasına məhkum edilən Salih Mirhaşimi, Məcid Kazimi və Səid Yakubi edam edilib. İran tərəfindən edam edilən məhbusların ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatı ilə əlaqəli olduğu iddia edilib. Ölkədə 4 aya yaxındır davam edən nümayişlərlə bağlı 10-dan çox adama ölüm hökmü çıxarıldığı halda, son edamlarla ümumilikdə 7 nəfər edam edilib. Ölüm hökmlərinin bəziləri Ali Məhkəmə tərəfindən ləğv edilib. İran Cinayət Məcəlləsinə əsasən, "yer üzündə fitnə-fəsad törətmək" və "dövlətə qarşı müharibə aparmaq " kimi cinayətlərdə təqsirləndirilənlər ölüm cəzası ilə mühakimə olunur və adətən ölüm hökmü verilir.