Trampın ən böyük potensial rəqibi namizəd olacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Florida qubernatoru Ron Desantisin gələn həftə 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini açıqlayacağı gözlənilir. Amerika mətbuatında çıxan xəbərə görə, Respublikaçılar Partiyasının bazasında məşhur olan DeSantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyi üçün lazım olan sənədləri mayın 25-də Federal Seçki Komissiyasına təqdim edəcək. Cinsiyyət dəyişikliyini məhdudlaşdıran, qeyri-qanuni mühacirlərə qarşı sərt addımlar atan və Floridada Çinin kənd təsərrüfatı torpaqları almasını məhdudlaşdıran bir sıra qanun layihələrini imzalayan DeSantis, namizədliyini rəsmən elan edən keçmiş ABŞ prezidenti Donald Trampın ən böyük potensial rəqibləri arasındadır. 

Morning Consult tərəfindən mayın 11-12-də Respublikaçılar partiyasının ilkin seçiciləri arasında keçirilən sorğuda respondentlərin 61 faizi Trampı seçib. Onun ən yaxın rəqibi olaraq görülən DeSantis isə 43 bal geriləyərək 18 faizdə qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31