UNICEF-dən Əfqanıstandakı uşaqlar üçün yardım çağırışı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Əfqanıstan üzrə nümayəndəsi Fran Equiza BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərlə görüşüb. Əfqanıstanda təxminən 16 milyon qız və oğlanın yardım ala bilmədiklərinə diqqət çəkən Equiza, "Onlar da mənim və sizin uşaqlarınız kimi uşaqlardır. Ac yatırlar, susuzluqlarını söndürmək üçün suları yoxdur. Soyuduqdan qorusun deyə yorğan-döşəkləri yoxdur. Bu gün əfqanların 90 faizi yoxsulluq həddindədir. Bunun ən ağır yükünü uşaqlar çəkir. Bu il 2,3 milyon uşağın kəskin qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir" deyib. Equiza uşaqların evlərdə, küçələrdə və hətta mina tarlalarında işlədiyini, zorakılıq qorxusu ilə yaşadıqlarını və "daha yaxşı bir həyat ümidindən" məhrum olduqlarını bildirib. 

Məlumatlara görə, Equiza bu ilin yanvar-mart ayları arasında partlayıcı maddələrin partlaması nəticəsində 134 uşağın yaralandığını, bəzilərinin isə həyatını itirdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31