"Twitter" və "Google"la bağlı QƏRAR
18 May 2023 23:54 DünyaABŞ Ali Məhkəməsi "Twitter" və "Google"la qarşı açılan iddialarda internet şirkətlərinin lehinə qərar verib.
Olaylar.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 2017-ci ildə İstanbul gecə klubunda İŞİD-ə bağlı bir hücumçunun Nəvrəs Ələsəfi və daha 38 nəfəri öldürməsindən sonra Ələsəfin ailəsi tviter və quqlu terror qruplaşmasına kifayət qədər sanksiya tətbiq etməməkdə ittiham edərək məhkəməyə verib.
Ali Məhkəmənin qərarında qeyd olunub ki, internet şirkətləri bu kimi hallar baş verdikdə məsuliyyət daşıya bilməzlər.
Bu səbəbdən də məhkəmə sosial platformalara yönəlik müsbət qərar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31