Diversiya qrupu Rusiyada çaxnaşma YARATDI

Ukrayna diversiya-kəşfiyyat qrupunun Belqorod vilayəti ərazisinə daxil olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin Belqorod vilayəti üzrə Baş İdarəsi bölgə sakinlərinin şəxsi mesajlarında Ukrayna diversiya-kəşfiyyat qrupunun Belqorod vilayətinin ərazisinə girməsi barədə yalan məlumat alır. Bu məlumatın həqiqətə uyğun olmadığı, əhali arasında çaxnaşma salmaq məqsədi daşıdığı bildirilir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31