İtaliyada hökumət "fövqaladə vəziyyəti" elan edəcək- ÖZƏL
18 May 2023 16:55 Dünyaİtaliyanın mərkəzi və şimal Emilia Romagna bölgəsində leysan yağışlardan sonra meydana gələn sel fəlakəti səbəbiylə sağ koalisiya hökumətinin "fövqaladə vəziyyəti" elan edəcəyi bildirilib. Həftənin əvvəlində bölgədə təsirli olan leysan yağışları nəticəsində canvə mal itkisinə səbəb olan sel fəlakəti ölkə gündəmindəki yerini qoruyur. Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi Gilberto Pichetto bir radio kanalına verdiyi açıqlamada daşqından ciddi zərər çəkən Emilia Romagna bölgəsində fəlakət vəziyyəti elan edəcəklərini bildirib. Emilia Romagna Regional İdarəetmə Başçısı Stefano Bonaccini də bir televiziya kanalına verdiyi açıqlamada, 6 ayda yağa biləcək yağışın 36 saatda yağdığı zaman görüləcək çox az şey olduğunu bildirərək, bölgəyə dəymiş ziyanın bir neçə milyard avro olduğunu qeyd edib. İtaliya mətbuatında yer alan xəbərlərə görə, təbii fəlakətdə ölənlərin sayı 9-a yüksəlib. Bildirilib ki, daşqın səbəbindən didərgin düşənlərin sayı 20 mini keçib.
Daşqın səbəbindən bölgədə 23 çayın daşdığı, 280 nöqtədə sürüşmənin baş verdiyi, 400 yolun nəqliyyata bağlandığı, 50 min insanın işıqsız qaldığı qeyd edilib. Su altında qaldığı və ya sürüşmə nəticəsində zədələndiyi üçün nəqliyyata bağlanan yolların açılması üçün işlər davam etdirilir.