"Taxıl müqaviləsinin uzadılması Türkiyədəki seçkilərlə bağlı deyil"- ÖZƏL

"Qara dəniz taxıl dəhlizi sazişinin uzadılmasına baxmayaraq, biz heç bir irəliləyiş görmürük", - deyə Rusiyanın xarici işlər naziri Lavrov bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişinin iki ay müddətinə uzadılmasını qəbul etdiyini, lakin müqavilənin Rusiya ilə əlaqəli hissələrinin həyata keçirilməsində heç bir nəticə görmədiyini açıqlayıb. Lavrov bildirib ki, saziş dünyanın ən yoxsul insanlarının ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır. Lavrov izah edib ki, razılaşmanın uzadılması Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlı deyil. Prezident Tayyib Ərdoğan dünən Rusiyanın və Ukraynanın konstruktiv rəftarları sayəsində dünyanın əsas taxıl istehsalçılarından olan Ukraynaya taxıl ixracına icazə verən Qara dəniz taxıl dəhlizi müqaviləsinin iki ay müddətinə uzadıldığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31