"Hz.İsaya qovuşmaq" üçün bəzi uşaqlar boğularaq öldürülüb- ÖZƏL

Keniyada ölüm orucu səbəbiylə öldüyü müəyyən edilənlərin sayı 227-yə yüksəlib.  Öz ardıcıllarını ölüm orucuna aparan "aclıq kultu" araşdırmasında kütləvi məzar axtarışları zamanı yeni cəsədlər tapılıb. Sahil Dairəsinin komissarı Rhoda Onyanşa, dini lider Paul Mackenzie-nin terrorda günahlandırıldığı istintaqda yeni cəsədlərin tapıldığını və cəsədlərin sayının 227-yə çatdığını açıqladı. 

Onyanşa məhbusların sayının 26-ya yüksəldiyi və sektanın yerləşdiyi Malindi qəsəbəsində 611 nəfərin hələ də itkin düşdüyü barədə məlumat paylaşıb. Digər tərəfdən Keniya mətbuatında tez-tez orqan ticarəti şübhəsinin gündəmə gəlməsinin ardından edilən araşdırmalarda bəzi şəxslərin orqanlarının çıxarıldığı aydın olub. İstintaq zamanı  bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib. Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.  "Aclıq kultu" ilə bağlı istintaq komissiyası yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31