AK Partiyadan Sinan Oğan açıqlaması - ÖZƏL

AK Partiya sədr müavini Numan Kurtulmuş prezidentliyə namizəd Sinan Oğanın ikinci turda Rəcəb Tayyib Ərdoğana dəstəyi ilə bağlı açıqlamalar verib. "OLAYLAR" "Haber Global"a istinadən bildirir ki,  AK Partiya sədr müavini Numan Kurtulmuş CNN Türk-də qatıldığı proqramda bunları deyib:

"Sinan bəyin aldığı səs nisbəti son dərəcə əhəmiyyətlidir. Onu təbrik etmək lazımdır. Bu, sosioloji bazaya çevrilibmi? Bu başqa məsələ. Burada Sinan Oğana səs verən seçicilərin mühüm bir xüsusiyyəti var. Onu müdafiə edən insanlar. milli birliyin müdafiə edir, HDP-yə qarşı açıq mövqe nümayiş etdirir".

AK Partiya rəsmisi Sinan Oğanla heç bir şəkildə sövdələşmə olmadığını deyib: "Bizim siyasət üslubumuz budur ki, prezidentimiz masa arxasında nə danışırsa, meydanda da onu danışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31