İkinci turda Ərdoğan lazım olan səs faizini toplayacaq - ÖZƏL
18 May 2023 14:26 DünyaMayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbə üçün lazım olan səs faizinin yığacağı şübhə doğurmur. Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, artıq digər ittifaqların müqaviməti qırılıb: "Onlar da bir daha Ərdoğanın gücünü gördülər. Hesab etmək olar ki, bu dəfə onların böyük əksəriyyəti seçkiyə getməyi belə məsləhət bilməyəcəklər. Qərarsız seçicilərin isə fikirləri qətiləşəcək".
Politoloq deyib ki, Rəcəb Tayyib Ərdoğan böyük səs çoxluğu ilə qələbə qazanıb yenidən 5 ilə Türkiyə Respublikasını idarə edəcək:
"Bir sözlə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyinə əminik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31