Evlənməyi düşünürdü - 2 il sevgili olduğu kişi qadın çıxdı - FOTO

İngiltərədə 40 yaşlı qadın kişi roluna girərək bir qadınla iki il cinsi münasibət yaşayıb.

Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, saxtakar qadın Blade Silvano Kembric məhkəməsində mühakimə olunur.

Blade Silvano adlı qadın 2016-cı ildə tanışlıq saytında başqa bir qadınla tanış olub və özünü kişi kimi təqdim edib.

40 yaşlı Silvano tanış olduğu qadınla 2 il sevgili olub və cinsi münasibət yaşayıb.

Digər qadın isə bildirib ki, onun cinsiyyətini 2 il sonra - Silvanonun Feysbukda başqa soyadını gördükdə öyrənib.

Silvanonun vəkili Debra Uayt, cütlüyün realda görüşmədiyini, bütün ünsiyyətin telefonla aparıldığını iddia edib.

Lakin zərərçəkmiş qadın bunu təkzib edib.

Hazırda məhkəmə prosesi davam edir.

Evlənməyi düşünürdü - 2 il sevgili olduğu kişi qadın çıxdı -  FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31