"Biz sazişin uzadılmasını alqışlayırıq"
17 May 2023 23:28 DünyaVaşinqton Qara dəniz taxıl təşəbbüsünün daha iki ay uzadılması faktını müsbət qiymətləndirir və onun gələcək fəaliyyəti üçün Ankara və BMT ilə əməkdaşlığı davam etdirəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
"Biz sazişin uzadılmasını alqışlayırıq", - deyə V.patel bildirib.
O bildirib ki, ABŞ təşəbbüsün lazım olduğu qədər uzadılmasını təmin etmək üçün BMT və Türkiyə tərəfdaşları ilə işləməyə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31