İmran Xanın evi MÜHASİRƏYƏ ALINDI
17 May 2023 22:38 DünyaPakistan polislər keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıblar.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.
Polislərin sözlərinə görə, İ.Xan öz evində korrupsiya ittihamı ilə həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.
Qeyd edək ki, mayın 11-də Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edib və onun həbsdən azad edilməsinə göstəriş verib. Mayın 12-də İmran Xan məhkəmə binasını tərk edərək evinə gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31