Yaxın 5 ildə rekord temperaturlar GÖZLƏNİLİR
17 May 2023 20:50 DünyaYaxın beş ildə istixana qazlarının tullantıları və El-Ninyo təbii fenomeni səbəbindən planetdə havanın temperaturunun rekord səviyyəyə qalxacağı ehtimal olunur.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının məlumatında bildirilib.
Təşkilatın qiymətləndirmələrinə görə, orta illik qlobal temperaturun artmasının müvəqqəti olaraq sənaye dövründən əvvəlki səviyyələrdən 1,5 dərəcə Selsi yüksək olacağı ehtimalı 66 faiz təşkil edir.
Növbəti beş ildən birinin bütün müşahidələr tarixində ən isti il olması ehtimalı 98 faiz təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31