Polşa: Ukraynaya verəcək qədər F-16-mız yoxdur- ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa prezidenti Andjey Duda deyib ki, Polşanın Ukraynaya verəcək qədər F-16-ları yoxdur. Polşa xəbər agentliyi PAP-ın məlumatına görə, Duda İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurası Zirvə toplantısındakı çıxışında Polşanın şərq qonşusu Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb. Ukraynaya F-16 qırıcı təyyarələri almaq üçün beynəlxalq koalisiya qurulacağı təqdirdə Polşanın ukraynalı pilotları yetişdirməyə hazır olduğunu ifadə edən Duda, "Polşanın əlində olan F-16 təyyarələrinin sayı Ukraynaya transfer üçün kifayət deyil. " dedi. Polşa artıq Ukraynaya 8 ədəd MiQ-29 qırıcısı verib və daha 6 ədəd hədiyyə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31