Almaniyada “Sabah Avrupa” qəzetinin ofisinə basqın olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya polisi "Sabah Avrupa" qəzetinin ofisinə basqın edərək iki jurnalisti saxlayıb. Bildirilib ki, alman polisi Avropa xəbər mərkəzinin yerləşdiyi "Sabah" qəzetinin Frankfurt ofisinə basqın edərək, Almaniya təmsilçisi İsmail Erel və Xəbər direktoru Cəmil Albayı saxlayıb. "Sabah" qəzetinin mənbələrindən alınan məlumata görə, alman polisi İsmail Erel və Cəmil Albayın evlərində və "Sabah" qəzetinin Avropa bürosunda axtarış aparıb, kompüter və telefonları müsadirə edib.Reydin məqsədi ilə bağlı hələlik kifayət qədər məlumat yoxdur. İki jurnalistin azadlığa buraxılması üçün Xarici İşlər Nazirliyi və peşəkar təşkilatların müdaxilə etdiyi öyrənilib. Diplomatik mənbələr iki jurnalistin həbsinin mətbuat azadlığı baxımından qəbuledilməz olduğunu və bunun Almaniya hakimiyyətinə çatdırıldığını bildirib. Mənbələr məsələnin həm Ankarada, həm də Berlində etirazlara səbəb olduğunu, jurnalistlərə münasibətin qəbuledilməz olduğunu, jurnalistlərin azadlığa buraxılması üçün Almaniya hakimiyyəti ilə yüksək səviyyəli danışıqların davam etdirildiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31